Sumqayıt Tibb Kollecində inanılmaz anlar yaşanır

Təkmilləşmə kursları, semestir və dövlət imtahanları, təyinat bazarlığı və s.

Kollecin direktoru Rəfael Eyvazov hansı millət vəkilindən özünə “krışa” düzəldib?

“Xeberinfo.com”: Azərbaycan Respublikası Prezident Administarsiyasının rəhbəri cənab Ramiz Mehdiyevin məlum son müşavirədəki çıxışı bir neçə səbəbdən, xüsusi ilə də potensial kadr problemi baxımından diqqət çəkib, analız olunmaqdadır. Cənab Mehdiyevin qaldırdığı bu problem bütün diqqəti ilk növbədə təhsil ocaqlarına yönləndirdi. İstər ali, istərsə də orta ixtisas təhsil müəssisələrindəki qüsurlar daha da çılpaqlığı ilə gündəmə gəldi. Doğrudur ölkə mediası zatən təhsil ocaqlarındakı biabırçılığı unutmur. Sadəcə son günlər ictimaiyyətdən mediaya belə demək mümkünsə bir stimul verilməkdədir.
Elə “xeberinfo.com”a da bu istiqamətdə müxtəlif məlumatlar daxil olmaqdadır. Belə məlumatlardan biri də Sumqayıt Tibb Kolleci ilə bağlıdır. Sumqayıtdakı mənbəmizin bu təhsil müəssisəsi ilə bağlı verdiyi məlumatların bir qismi ümumi xarakterli olsa da, özəllikləri ilə diqqəti çəkən elementlər də var.
Öncə Sumqayıt Tibb Kolleci ilə bağlı məlumat üçün qeyd edək ki, bu təhsil müəssisəsi beş şöbədən ibarətdir: “Mamalıq işi”, “Müalicə işi”, “Tibb bacısı işi”, “Əczaçılıq” və “Ortopediya və stomotologiya”. Kollecdə təxminən 500 tələbə təhsil alır. Kollecin direktoru vəzifəsini uzun illərdir ki, Rəfael Eyvazov tutmaqdadır…
Redaksiyamıza daxil olan məlumata görə üç il öncə kollektivin rəhbərliyin fəaliyyətinə kütləvi etirazı nəticəsində kollecdə Səhiyyə Nazirliyinin yoxlaması aparılmış və Rəfael Eyvazov şiddətli töhmətlə “mükafatlandırılmışdır”. O zaman bir sıra mətbu orqanlarda da kollecin müəllim heyətinin məktubu dərc olunub, konkret faktlar sadalanıb. Həmən məktubda cənab Eyvazovun özbaşınalıqlarından, korrupsiya əməllərindən geniş bəhs olunurdu. Bu istiqamətdə bizim redaksiyamıza yeni, daha da maraqla qarşılanacaq məlumatlar daxil olub. Ciddi araşdırmaya ehtiyacını nəzərə alıb bu məlumatlarla bağlı hələlik geniş yazmırıq. Söhbət semester və dövlət imtahanlarından tutmuş tədrisdəki problemlərə qədər geniş əhatəlidir. Məlumatlarda konkret rəqəmlər, faktlar sadalanır…

Təkmilləşməyən kurslar

Hələlik isə Sumqayıt Tibb Kollecindən aldığımız məlumatlar sırasından bir məqam: şəhərdəki səhiyyə ocaqlarından bu təhsil müəssisəsinə tıkmilləşmə kursu adı ilə gələnlərin başına gələnlərə toxunaq. Məlumata görə bu kollec Sumqayıtda yeganə müəssisədir ki, şəhərin müəyyən kəsim ağxalatlıları məhz burada təkmilləşmə kursu keçməlidirlər. Ki, bu da hörmətli Rəfael Eyvazova müəyyən şanslar tanıdır. Demək olar ki, ilin bütün aylarında burada təkmilləşmə kursu fəaliyyət göstərməkdədir. Əlbəttə buna fəaliyyət demək mümükünsə…
Məsələ ondadır ki, məlumata görə bu kursların ancaq adı var. Başqa sözlə yalnız kağız üzərində, de-fakto nə kurs var, nə də kursa gələn. Daha doğrusu burada iki variant var: kursa gələn və gəlməyənlərə ayrı-ayrı yanaşmalar. Kursa gələnlər aylıq 25 manatdan, gəlməyənlər isə 200 manatından keçməlidir. Əks halda Rəfael Eyvazovdan narazı qalmalı olacaqlar. Hansı ki, bu da onlar üçün müəyyən problemlər vəd edir.
Bir məqam da direktorun “krışa”sı ilə bağlıdır. Məlumata görə elə Rəfael Eyvazovun bunca “at oynatması”nın da səbəbi “krışası”nın daha da güvənli olması ilə bağlıdır. Rəfael müəllimə “krışa”lıqda adı hallanan hörmətli millət vəkilinin adı bizə bəlli olsa da məlum səbəblərdən açıqlamırıq.
Sonda onu da qeyd edim ki, biz bir neçə dəfə Rəfael Eyvazovla telefon əlaqəsi yaradıb, onu da dinləmək istədik. Təəssüf ki, dəfələrlə cəhdimizdən sonra Rəfael müəllim heç olmasa telefon vasitəsi ilə də olsa suallarımızı cavablandırmaq əvəzində bizi məhkəmə ilə hədələdi(?)

Mövzunun davamı olacaq.

COMMENTS