Sumqayıtda 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb

Sumqayıtda 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb

Sumqayıt şəhərində 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Elməddin Şiralı oğlu Ağayev aralarında baş vermiş münaqişə zəminində Yardımlı rayon sakinləri, 1993-cü il təvəllüdlü Xəyyam Qılman oğlu Rəsulov və 1998-ci il təvəllüdlü İsrail Qılman oğlu Rəsulov tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS