Sumqayıtda dəhşətli hadisə: “ZİL” 55 yaşlı kişinin üstündən keçdi

Sumqayıtda dəhşətli hadisə: “ZİL” 55 yaşlı kişinin üstündən keçdi

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Dosye.org xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

“ZİL” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini arxaya verərkən ehtiyatsızlıqdan yol kənarında duran 1965-ci il təvəllüdlü Rüstəmov Ələddin Ağarəşid oğlunu vuraraq onun üstündən keçib.

55 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.  /APA

 

COMMENTS