Sumqayıtda dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA: 4 nəfərin meyiti…

Sumqayıtda dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA: 4 nəfərin meyiti…

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi ilə bağlı açıqlama yayıb.
Xeberle.com FHN-nin saytına istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
DOSYE.ORG

COMMENTS