Top.Mail.Ru

Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR… – Gedişat bunu göstərir…

Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR… – Gedişat bunu göstərir…

Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronaviruslu xəstələrlə işləyən əməkdaşları fevral-mart ayları üçün əlavə ödənişləri hələ də ala bilməyiblər.

Bu barədə Meydan TV-yə stansiyanın adlarının açıqlamasını istəməyən bir neçə həkimi məlumat verib.

Onların sözlərinə görə, bir aydan artıqdır problemin həll olunacağı vəd edilsə də, hələ nəticə yoxdur. Koronaviruslu xəstələrlə işləyən həkimlərin ödənişini təmas saatına görə maaşa əlavə etmək istəyiblər.

Stansiya TƏBİB-in nəzarətindədir.

Həkimlərdən biri bildirib ki, 3 briqada koronaviruslu xəstələrlə işləyir:

“Dayanmadan işləyirik. Amma vaxtında əlavə ödənişlər verilmir. Yoluxan həkimlər KT müayinəsindən öz hesabına keçib, dərmanları özümüz alırıq. Hər gün həyatımız təhlükədədir, nəzərə alın ki, koronavirusun tək əlaməti yüksək hərarət deyil”.

Stansiyadan məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə məsələ ilə bağlı sorğu göndərilməsini istəyiblər. Yazılı sorğuya isə hələ cavab verilməyib.

Bakıdakı Kliniki Tibbi Mərkəzin (Semaşko kimi tanınır) əməkdaşları isə əlavələrin azaldılması və vaxtında ödənilməməsindən president.az saytına şikayət yazdıqlarını deyiblər. Kütləvi şikayətdən sonra xəstəxana əməkdaşlarının əlavələri ödənilib.

“Koronaviruslu xəstələrlə işləyən həkim kimi bir ildir ayda 1250 manata yaxın pul alıram. Şikayətlərdən sonra 1500 manatdan artıq pul verildi. Bəlli oldu ki, tək həkimlər deyil, tibb bacıları, sanitarlara da artıq ödənilib. Dedilər ki, şikayətinizi geri götürün və hər şeyin yaxşı olduğunu yazın. Tibb işçiləri ödənilməli olan konkret məbləği soruşdular. Çünki pulumuzun bizdən xəbərsiz kəsildiyini düşünürük. İndi də deyirlər ki, artıq ödənilib, bu ay maaşdan çıxarılacaq”, – həkimlərdən biri Meydan TV-yə danışıb.

DOSYE.ORG

COMMENTS