Sumqayıtda iki minik avtomobili toqquşdu – 7 yaralı

Sumqayıtda iki minik avtomobili toqquşdu – 7 yaralı

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardımın köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS