Sumqayıtda iş adamı intihar etdi

Sumqayıt şəhərində “Lalə” restoranının sahibi intihar edib.

Dosye.org “Report”a istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1966-cı il təvəllüdlü Baxşəliyev Mahir Əhməd oğlu özünü bıçaqlayaraq intihar edib.

İntiharın səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.

Dosye.org

COMMENTS