Sumqayıtda külək hasarı aşırıb, ölən var.
DOSYE.ORG APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.
Güclü külək hasarı 1980-ci il təvəllüdlü Natiq Haqverdiyevə məxsus “KamAZ” markalı maşının üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS