Sumqayıtda mübahisə qanla bitdi: Saxlanılan var

Sumqayıtda mübahisə qanla bitdi: Saxlanılan var

Sumqayıt şəhərində 31 yaşlı kişini bıçaqlamada şübhəli bilinən şəxs saxlanılıb.

Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında deyib.

“Dekabrın 22-si gecə saatlarında Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində Kəngərli rayon sakini 1993-cü il təvəllüdlü T.Məmmədova kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini 1993-cü il təvəllüdlü D. Əlixanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır”, – deyə açıqlamada vurğulanır.

Əzizə İsmayılova

Sumqayıtda 31 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

DOSYE.ORG “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb

1993-cü il təvəllüdlü Təbriz Məmmədov aralarında baş vermiş mübahisə zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS