Sumqayıtda ən layiqli namizəd Hacı Salayev idi- IDDIA

Sumqayıtda ən layiqli namizəd Hacı Salayev idi- IDDIA

44 saylı Sumqayıt-Xızı seçki dairəsində isə vəziyyət qeyri-müəyyən olaraq qalır.

Dosye.org-ın məlumatına görə, keçmiş deputat Hacı Salayevin gözlənilmədən namizədliyini geri götürməsindən sonra bu dairədən deputatlığa namizəd olan xeyli şəxs də eyni addımı atıb. Yurddaş Partiyasının sədri Mais Səfərli,  VIP-dən Nəsimi Şərəfxanlı və daha bir neçə nəfər də namizədliyini geri götürüb.

Bu gün isə yazıçı Varis Yolçuyev eyni addım atıb . Bir qədər əvvəl Fasebook səhifəsində bunları yazan yazıçı namizədliyini geri götürdüynü bildirib. Sitat: 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyimi geri götürdüm. Bura qədər yanımda olan vəkillərimə, qərargahımızın hər bir üzvünə, könüllülərə, xeyir-dua aldığım ağsaqqallara, mənə səs verəcəklərini bildirən əziz seçicilərə öz sonsuz minnətdarlığımı bildirirəm.

Əldə etdiyimiz məlumata görə, hazırda şahmatçı Zeynəb Məmmədyarova, vəkil Leyla Bədəlova və yazar Günel Eyvazlı ilə də namizədliklərinin geri götürülməsi üçün danışıq aparılır.

Məlumata görə, Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yaxın adamı, Qartal tikinti şirkətindəki şəriki Şahin Məmmədov bacısı oğlu, Sumqayıt şəhər xəstəxanasının baş həkimi Müşfiq Məmmədovun deputat mandatı alması üçün iş aparır. Bütün şanslı namizədlərin geri çəkilməsinə nail olmaqla, icra başçısı yaxın adamına yol açmaq istəyir.

Sumqayıtdakı mənbənin dediyinə görə, bu şəhərdə aparılan əksər tikinti işləri məhz Fərəcov tərəfindən Məmmədova tapşırılır. Mənbə ortada külli miqdarda paranın da olduğu barədə bilgilər verir. Amma bütün bunları dəqiqləşdirmək imkanından məhrumuq. Bir sözlə, 44-cü dairədə Müşfiq Məmmədovun deputat seçilməsi üçün onun yolunu təmizləməklə məşğuldurlar.

Aldığımız son məlumata görə, AZPRİM MMS-nin istehsal rəisi Elmir Qurbanov və “Azərbaycan Dəmityolları” QSC hüququ şöbəsinin rəisi, deputatlığa namizəd Əzimağa İbrahimova da total təzyiqlər başlayıb. Onların təbliğat materialları cırılıb atılır. Ümumiyyətlə, Müşfiq Məmmədovdan başqa əksər namizədlərin sçki plakatları  kütləvi şəkildə məhv edilir. Bu işə isə yerli JEK-lər səfərbər olublar.

Bir faktı qeyd edək ki, elə məhz həmən dairədən ən layiqli namizəd Hacı Salayev idi.

DOSYE.ORG

COMMENTS