Top.Mail.Ru

Sumqayıtda qəza: ağır yaralı var

Sumqayıtda qəza: ağır yaralı var

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeberle.com-un məlumatına görə, qəza şəhərin Koroğlu küçəsində, “Sevgilim” şadlıq sarayının qarşısında qeydə alınıb. Belə ki, avtomobil yolunu keçmək istəyən şəhər sakini 1952-ci il təvəllüdlü  Dövlətov Rafiq Xankişi oğlunu “Mersedes” markalı avtomobil vurub. O, aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DOSYE.ORG

COMMENTS