Sumqayıtda qadın özünü xəstəxananın pəncərəsindən atıb

Sumqayıtda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında qeydə alınıb.

Xəstəxananın terapiya şöbəsində müalicə alan bir xanım özünü 4-cü mərtəbədən ataraq intihar edib. Məlumata görə, həmin şəxs elə yerindəcə keçinib.

Hadisənin hələlik hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır (Azvision).

COMMENTS