Sumqayıtda Türkiyə vətəndaşı bıçaqla özünə xəsarət yetirib

Sumqayıtda Türkiyə vətəndaşı bıçaqla özünə xəsarət yetirib

Ötən gecə Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayonunda olub.

Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Akbayır Mansur Düzgür oğlu qarın boşluğundan bıçaq xəsarəti alıb.

O, yıxılaraq qarnına bıçaq girdiyini bildirsə də, yaxınları onun özünü bıçaqladığını deyiblər.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

Faktla bağll araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS