Sumqayıtdan daha bir ŞOK FAKT: şəhər sakinləri sabahki piketə hazırlaşır

Sumqayıtdan daha bir ŞOK FAKT: şəhər sakinləri sabahki piketə hazırlaşır

Sumqayıt şəhər rəhbərliyinin şəhərin 70 illiyi ilə bağlı tədbirə hazırlaşdığı barədə məlumat vermişdik. Onuda nəzərinizə çatdıraq ki, Zakir Fərəcovun şəhərin 70 illiyi ilə əlaqədar böyük tədbirə ölkə başçısı İlham Əliyevi dəvət edəcəyi və prezidentin iştirakı də məlumatlar sırasındadır. Əlbətdə ki, şəhərə olan diqqət və qayğı şəhər sakinlərini tam qane edir. Onları düşündürən, eyni zamanda problemlərini qabardan məmur fironluğudur.

Dosye.org-ın əldə etdiyi məlumat də məhz şəhərin bir nömürəli “vəzifə makleri” kimi ad çıxaran Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovla bağlıdır. Bu şəxs haqqında dəqiq desək əlavə məlumata ehtiyac yoxdur. Lakin bir faktı istər şəhər rəhbərliyinin, istərsədə müəyyən qurumların diqqətinə çatdırmaq sözünhəqiqi mənasında alqışa layiq olduğunu düşünmək olar. Belə ki, ölkənin ən qabağcıl şəhərlərindən hesab edilən Sumqayıt şəhəri  T. Səmədovun üçün gəlir mənbəyinə çevrilib. Sıradan bir müəllim işləyən və işlədiyi dövürdə valideyinlərin qəpik-quruşu ilə öyünən birinci müavin necə ola bilər ki, şəhərdə vəzifə bölgüsü aparır?

Məlumat vermişdik ki, vəzifə al-verində T. Səmədova ən yaxın dəstək olan isə qudası Mehman adlı şəxsdir. Başa düşüləndir ki, icra hakimiyyətinin birinci müavini başçının ən etibar etdiyi şəxslərdən biridir. İstənilən an şəhərdə baş verən olaylarla bağlı başçıya məlumatlar verir, digər tərəfdən özünü sığortalamaq üçün etibar etdiyi vəzifədən yaralanır. Yəni, icra strukturunda Zakir Fərəcova birbaşa çıxmaq və şəhərdə məmur özbaşınalıqlar haqqında məlumat vermək olduqca problemli məsələdir.

T. Səmədovun tək şəhər sakinlərinə xəyanətini qeyd edə bilmərik. Uşaq baxçalara, orta məktəblərə, ümumiyyətlə bütün sahələrə nəzarət edən birinci müavin, prezident İlham Əliyevin rüşvətlə bağlı hegamon məmurlara xəbərdarlığı narahat etmir. Əldə etdiyimiz məlumatlara görə, Milli Şuranın mitinqində iştirak edən vətəndaşlar elə T. Səmədovun zülmündən bezən vətəndaşlardır. Dosye.org-a daxil olan məlumatda bildirilir ki, narazı kütlə sabahkı icazəli piketdə iştirak edəcək.

Axı, T. Səmədovu bu yola vadar edən nədir? Dövlətə xidmət etmək o deməkdir ki, şəxsi maraqlarınızı üstün tütüb şəhər sakinlərini dövlətdən narazı salasınız? Etibar edilən kürsünü rüşvətlə əldə etmisiniz? Bəlkə, uşaq baxçalarını və orta məktəblərini sizin şəxsi hesabınıza işna edilib? Axı, sizin addımınız dövlətə və dövlətin başçısına xəyanətdir. Gürünən tərəf odur ki, şəhər sakinləri T. Səmədovu  müəyyən şəbəkə ilə əlaqədar olduğunu söyləyir.  Onun birbaşa mətbuata çıxa bilmədiyi və özünə yaxın şəxslərlə əlbir olub şəhərdə nüfüzlü şəxsləri sıradan çıxartmaq barəsində məlumatlar əldə etmişik.  Maraqlısı isə Sumqayıt ŞİH başçısı Zakir Fərəcovun məsələyə biganə yanaşmasıdır. Mövzüya yenidən qayıdacayıq. Bizi izləməyi unutmayın.

DOSYE.ORG

COMMENTS