Top.Mail.Ru

Sumqayıtdan xəbər var: Barəsində cinayət işi açılan Teymur Səmədov, başçının 1-ci müavini postunu neçə ələ keçirib?

Sumqayıtdan xəbər var: Barəsində cinayət işi açılan Teymur Səmədov, başçının 1-ci müavini postunu neçə ələ keçirib?

Örtən yazılarımızda Sumqayıt şəhərində baş verən xoşagəlməz hadisələrlə bağlı və başçının birinci müavini Teymur Səmədovla bağlı bəzi məlumatları dərc etmişdik.

Məlumat üçün bildirək ki, Sumqayıt şəhəri 70 illiyi ilə bağlı şəhər rəhbərliyi bir sıra təqdirəlayiq işlər görmüşdür. Ölkə başçısı əlbətdə ki, görülən işlərə yüksək qiymət vermiş və icra başçısı Zakir Fərəcovun bundan sonra da şəhərin firəvanlığı naminə daha da böyük işlər görəcəyini söyləmişdir.

Əfsüslər olsun ki, şəhər rəhbərliyinə göstərilən etimaddan bəzi məmurlar sui -istifadə etməyə çalışır. Məhz yuxarıda adı hallanan başçının 1-ci müavin Teymur Səmədov, şəhərdə idarə və müəssisə rəhbərliklərinə fəxri adlar verəcəyinə söz verərək onlardan “şirinlik” almışdır. Sonradan məlum olmuşdur ki, verilən vədlər yalandır və T. Səmədov onları aldadıb. Əslində, yüksək bir vəzifə sahibinin belə bir addımı birbaşa Sumqayıt ŞİH başçısı Zakir Fərəcova qarşı ən iyrənc addımdır.

Çünki həmən şəxslətrə bildirilib ki, onlardan alınan “şirinlik” şəhər rəhbərliyinə verilib. Bütün bunlar bir daha sübüt edir ki, zamanında cəzasını almadan daha da yuxarı vəzifəyə yüksələn T. Səmədov, hələ də öz ampuliyasındadır. Nəzərinizə çatdıraq ki, Sumqayıt şəhər TŞ-nin keçmiş müdiri T. Səmədov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmışdır. Maraqlı məqam ondan ibarətdir ki, barəsində cinayət işi açılan şəxs başçının birinci müavini postuna yüksəlir. Dosye.az-da adı hallanan şəxslə bağlı daha tutarlı faktlarla tanış olacaqsınız. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

COMMENTS