Sumqayıtın baş gömrükçüsü “silisə çəkilir”… -Səfər Mehdiyevin “sifarişi” ilə…

Sumqayıtın baş gömrükçüsü “silisə çəkilir”… -Səfər Mehdiyevin “sifarişi” ilə…

Bir neçə gün əvvəl araşdırmaçı jurnalist Cavanşır Həsənli Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Avropadakı böyük biznesini və əmlaklarını tapıb ortaya çıxardı. Həm də sənədli-sübutlu.
Bildiririk ki, açıqlanan faktlar Azərbaycan gömrüyündə baş verən BÜDCƏ və VƏTƏNDAŞ TALANININ bariz sübutu kimi qəbul edilməli idi. Və belə aydın olur ki, edilib də..

Bununla bağlı əldə etdiyimiz informasiyalardan aydın olur ki, artıq sözügedən fakt diqqətə alınıb və Sumqayıt Gömrük İdarəsinin işinin dövlətin müvafiq qurumları tərəfindən araşdırılması qərarı verilib.

Sumqayıtın baş gömrükçüsü "silisə çəkilir"...
Məlumatlı mənbənin söylədikləri: “Həm Hesablama Palatası və həm də Maliyyə Nazirliyinin ekspertlərinin araşdırmaya başlaması gözlənilir. Maraqlıdır ki, bu məsələdə DGK rəhbərliyini yaxasını kənara çəkməklə yanaşı, həm də yoxlamaların SİFARİŞÇİSİ kimi təqdim olunmağa çalışır”.

Mənbə bildirir ki, Səfər Mehdiyevin Vəzir Həsənovu bu prosesdə tək buraxması gözlənilən idi: “Çünki Səər Mehdiyev bu vaxta qədərki fəaliyyətində eyni dəst-xətti hər zaman nümayiş etdirib. O, daha iri fiqurları zərbə altında qoyub. Ona görə də Vəzir Həsənov DGK sədri üçün olduqca əhəmiyyətsiz birisidir”.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…(dia.az)

DOSYE.ORG

COMMENTS