Sumqayıtın icra başçısı seçkiyə necə müdaxilə edir?

Sumqayıtın icra başçısı seçkiyə necə müdaxilə edir?

 Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca bəzi dairələrdə vəziyyət gərginləşir, bəzilərində isə qeyri-müəyyənlik artır.

44 saylı Sumqayıt-Xızı seçki dairəsində isə vəziyyət qeyri-müəyyən olaraq qalır. Keçmiş deputat Hacı Salayevin gözlənilmədən namizədliyini geri götürməsindən sonra bu dairədən deputatlığa namizəd olan xeyli şəxs də namizədliyini geri götürdü. Yurddaş Partiyasının sədri Mais Səfərli, yazıçı Varis Yolçuyev, VİP-dən Nəsimi Şərəfxanlı və daha bir neçə nəfər də namizədliyini geri götürüb.

Əldə etdiyimiz məlumata görə, hazırda şahmatçı Zeynəb Məmmədyarova, vəkil Leyla Bədəlova və yazar Günel Eyvazlı ilə də namizədliklərinin geri götürülməsi üçün danışıq aparılır. Məlumata görə, Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yaxın adamı, tikinti biznesindəki şərikinin bacısı oğlu, Sumqayıt şəhər xəstəxanasının baş həkimi Müşfiq Məmmədovun deputat mandatı alması üçün iş aparır. Bütün şanslı namizədlərin geri çəkilməsinə nail olmaqla, icra başçısı yaxın adamına yol açmaq istəyir.

DOSYE.ORG

COMMENTS