Sumqayıtda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Sumqayıt şəhərində ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Toğrul Hüseynalıyevin idarə etdiyi “VAZ-21099” markalı və Zülal Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə Z. Hacıyev hadisə yerində dünyasını dəyişib, sərnişinləri – Sumqayıt şəhər sakinləri Bayram Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS