Suranın atası-“Anasına demişdi ki, unversitetdə 3 kəsiri var…”

İntiharı ilə hər birimizi şoka salan gənc müğənni Sura Əsgərli hansı səbəbdən özünü asdığı sir olaraq qalır. Mərhumun atası Tahir Ələsgərovun dediklərində olduqca şübhəli məqamlar ortaya çıxır.

 

-“Suranın yazdığı şeirlərdə dərin məna vardı. Onun şeirləri ilahi sözlərlə dolu olurdu. Özünü Allaha çox yaxın hiss edirdi. Ailəmizdə çox şeir yazanlar olub. Babası da, elə mən özüm də şeirlər yazıram. Amma Suranın şeirləri həmişə bizdən fərqlənirdi. Musiqi təhsili olmasa da, mahnı bəstələyirdi. Amma heç vaxt problemi haqqında heç nə demirdi. Anasına demişdi ki, unversitetdə  3 kəsiri var. Bunu mənə deməyib. Bəlkə də, elə buna görə də intihar edib. Bu, sadəcə, bir fərziyyədir. Bəlkə də, səbəb bu deyil”.

 

Bir daha nəzərinizə çatdıraq ki, Sura Əsgərli Qafqaz Universitetində təhsil alırdı. Valideyinlərin dediyinə görə Suranın imtahanlardan kəsiri olub. Bu amilin intihara səbəb olub-olmadığı istintağın gedişində məlum olacaq. Araşdırmalar davam edir. Bizi izləyin..

 

 

Dosye.org

COMMENTS