Suraxanıda 17 müəssisə fəaliyyətini niyə dayandırdı?

Suraxanıda 17 müəssisə fəaliyyətini niyə dayandırdı?

 

Moderator.az-a Suraxanı rayonu barədə ilginc məluat daxil olub. Adının çəkilməsini istəməyən etibarlı mənbəmizin verdiyi informasiyaya görə, son bir neçə ayda rayonda 17 özəl müəssisə fəaliyyətini dayandırıb və işsiz qalmış xeyli sayda vətəndaş bununla bağlı məşğulluq mərkəzinə müraciət edib. Səbəbsə bir sıra dövlət qurumlarının, xüsusən də vergi müfəttşilərinin qanunsuz yoxlamaları və qeyri-rəsmi ödənişlər tələb etməsidir. 

Mənbə deyir ki, həmin müəssisələrin demək olar ki, hamısı gəlirlə işləyirmiş və orada çalışanlar yaxşı maaş alırmış. Amma qanunsuz ödənişlər tələbi sonda yüzlərlə işçinin çörəksiz qalmasına səbəb olub…

 
Mövzunu diqqətdə saxlayacağıq və həmin müəssisələrin fəaliyyətini dayandırmasıyla təxminən neçə nəfərin rayondakı Məşğulluq Mərkəzinə müraciət etdiyini öyrənməyə çalışacağıq.
 Qeyd edək ki, qanuna görə, Məşğulluq Mərkəzi müraciət edən ixtisaslı şəxslər yeni iş tapanadək onları 6 ay maaşları həcmində müavinətlə təmin etməlidir.

COMMENTS