Top.Mail.Ru

Suraxanının icra başçısı və deputat sakinlərlə görüşdü – Foto

Suraxanının icra başçısı və deputat sakinlərlə görüşdü – Foto

Bu gün Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsinin sakinlərinin yaşadıqları ərazidə su, kanalizasiya və asfalt örtüyünün olmamasına dair müraciətləri ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Sevinc Fətəliyeva sakinlərlə görüşərək onları dinləyiblər.

“Dosye.org ” “Qafqazinfo”- ya istinadən xəbər verir ki, sözügedən ərazidə yeni su və kanalizasiya şəbəkəsinin qurulması, eləcə də asfalt örtüyünün salınması ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.

İcra Hakimiyyətindən bildirilib ki, son 8 ayda Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri sakinlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlib: “Bu dövr ərzində əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə rayonun qəsəbələrində 482 000 m2 o cümlədən, Hövsan qəsəbəsində Südçülük sovxozu adlandırılan yaşayış sahəsində 18 000 m2, Donuzkökəltmə sovxozu adlandırılan yaşayış sahəsində 18 000 m2, O.Şabanov küçəsində 5 800 m2, Elman Qasımov küçəsi 17 710 m², Dənizkənarı küçəsində 8 000 m2, İbiş Məmmədov küçəsində 5 100 m2, Məktəbli küçəsində 4 140 m2, Məktəbli küçəsindən qəbiristanlığa gedən yolda 3 955 m2, M.Ş.Vazeh küçəsində 6 700 m2, Binə sovxozunda Məscidə gedən yolda 8 880 m2 asfalt örtüyü vurulmuşdur və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Suraxanı rayon sakinlərinin sosial problemlərinin həlli daim nəzarətdə saxlanılır”.

DOSYE.ORG

COMMENTS