Surayadan ABŞ-a maraqlı təklif

Suriya xarici işlər naziri Valid Muallim “İslam Dövləti” (əvvəlki adı İŞİD) adlı terrorçu qruplaşma ilə birgə mübarizə üçün ABŞ-a səslənib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya xarici siyasət idarəsinin rəhbəri rəsmi Vaşinqtona İŞİD bazalarını bombalamaq üçün koordinasiyalı birgə fəaliyyət göstərmək təklifi edib.
Valid Muallim terrorizmə qarşı mübarizə üçün ABŞ-dan başqabeynəlxalq aləmə də müraciət edib. Amma o Suriya hakimiyyətinin şərtlərini də açıqlayıb:

“Biz ABŞ və Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığa hazırıq. Amma əməkdaşlığın ciddi olmasından və ikili standartların olmamasında əmin olmalıyıq. Suriyanın suverenliyinin təhdid olunarsa, bu işğalçılıqdır”.

COMMENTS