“Sürix”in qolu açıq-aşkar ofsayd idi” – İsveçrə mətbuatı

“Sürix”in qolu açıq-aşkar ofsayd idi” – İsveçrə mətbuatı

İsveçrə mətbuatı “Sürix”İn  Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la dünən keçirilən oyunda 2-ci qolu qaydalar çərçivəsində vurmadığını yazıb.

Qol.az xəbər verir ki, nau.ch nəşrində dərc olunan yazıda qeyd olunub ki, “Sürix”in 2-ci qolu vuran futbolçusu Lindrit Kamberinin ötürmə anında ofsaydda olması aşkar görünür:

“Adrian Gerrero cərimə zərbəsini yerinə yetirərkən Lindrit Kamberi açıq-aşkar ofsayd vəziyyətində idi. Bunu epizodun təkrarına baxdıqda görmək olur. Kamberi “Qarabağ”ın müdafiəçisindən bir addım irəlidədir. Yan xətt hakimi isə 22 yaşlı müdafiəçini gözdən qaçırır. Hər iki qolda baş hakimin “Sürix”ə aktiv köməyi oldu. Xoşbəxtlikdən Çempionlar Liqasının təsnifat mərhələlərində VAR sistemi tətbiq olunmur. Ona görə də Sürixdəki cavab görüşü növbəti mərhələyə yüksəlmək baxımından həlledici ola bilər”.

Xatırladaq ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə olacaq.

DOSYE.ORG

COMMENTS