Suriya erməniləri Laçına köçürülür

Erməni tərəfi Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda süni məskunlaşdırma siyasətini davam etdirir. Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi məlumata görə, təkcə Laçın rayonunda 28 qaçqın erməni ailəsi yerləşdirilib. 

 
Bu barədə işğalçı rejimin Laçın rayonu üzrə “köçürülmə idarəsi”nin rəisi Robert Matevosyan deyib. Onun sözlərinə görə, Laçın şəhərinin özündə 3 ailə yerləşdirilib. 
 
“Suriya erməniləri əsasən əkinçiliklə məşğuldular. Onlar güzəştli kənd təsərrüfatı kreditləri verilib. Suriyalı ailələr var ki, ölkələrində vəziyyətin necə olacağından asılı olmayaraq burda qalacaqlarını bildiriblər” – əlavə edib separatçı.

 

COMMENTS