Suriya İŞİD-ə hava zərbələri endirdi

Suriyanın Hərbi Hava Qüvvələri “İslam dövləti”nin mövqelərinə zərbə endirib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Mayədin” telekanalı məlumat verib.

Belə ki, yaraqlılarının Deyr-ez-Zor, Muhasan və İraqla sərhəddə cəmləşdikləri ərazilər raket-bomba atəşlərinə tutulub.

ABŞ və koalisiya qüvvələri isə hava reydləri zamanı Suriya ərazisində “İslam dövləti”nin nəzarəti altında olan iki kiçik neft emalı zavodunu məhv edib.

COMMENTS