Suriya sərhəddində Türkiyəni şoka salan iddia

Patriot raketdən müdafiə sisteminə haker hücumu olub.

Türkiyənin Suriya ilə sərhəddindəki Kahramanmaraş vilayətində Almaniya hərbi kontinigentinə aid “Patriot” raketdən müdafiə sistemləri haker hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, bu barədə alman nəşri olan “Behörden Spiegel” jurnalı xəbər yayıb. Jurnala məlumat verən hərbi mənbə “Patriot”, iki radar və 6 alovlandırıcı fitildən ibarət sistemin naməlum komandaları həyata keçirdiyini bildirib. Hərbi mənbə bu vəziyyəti sistemə girməyə nail olmuş hakerin hərəkəti kimi açıqlayıb.

Patriot raketdən müdafiə sistemi

Almaniya Müdafiə Nazirliyi isə “Die Welt” qəzetinə göndərdiyi açıqlamada haker hücumuna dair hər hansı bir sübut olmadığını və belə bir hücumun ehtimal xaricində olduğunu bildirib.

“Patriot” Xatırladaq ki, Amerika istehsalı olan “Patriot” raketdən müdafiə sistemi 2013-cü ildə Türkiyənin tələbi ilə bu ölkənin Suriya ilə sərhəd bölgəsinə yerləşdirilib.

Mütəxəssislər “Patriot” raketdən müdafiə sistemlərinə haker hücumunun olduqca çətin olduğunu bildiriblər. Tanınmış ingilis haker Robert Conatan Şifrin isə həvəskar hakerlərin “Patriot” sisteminə girməsinin mümkünsüz olduğunu deyib. Amerikalı “İP” təhlükəsizliyi mütəxəssisi Billi Rios isə sistemdəki yenilənmə zamanı təhlükəli vəziyyət yarandığını bildirib.

COMMENTS