Suriyada iki azərbaycanlı vəhhabi öldürüldü

Azərbaycan mediasında dövr edən hələ ki rəsmən təsdiqlənməmiş məlumatlara görə, Suriyada “İslam dövləti” qruplaşması tərkibində döyüşən iki azərbaycanlı həlak olub.

 

Onlardan birinin Abu Abdurauf al-Azeri adı ilə döyüşən Seymur Topçubaşov olduğu deyilir. O, artileriya bölməsinə rəhbərlik edib.

Digərinin – Abu Sureyya-nın isə Sumqayıtdan olduğu deyilir.

Məlumatda onların harada öldüyü açıqlanmır, amma Suriyanın şimalında – Kobanidə öldükləri güman edilir.

COMMENTS