İran İnqilab Keşikçiləri Qvardiyasının briqada generalı Cavad Durbin Suriyanın Hantuman rayonunda öldürülüb.
“Andolu” agentliyi xəbər verir ki, Suriyanın Hələb şəhərinin Hantuman rayonunda qvardiyanın silahlıları ilə “Fətih Ordusu” arasında gedən döyüşdə İranın 14 hərbçisi, o cümlədən briqada generalı Cavad Durbin, polkovnik Rəhim Kabili, mayor Məhəmməd Balbasi də öldürülüb. Qvardiyanın yaydığı açıqlamada isə bildirilir ki, döyüşdə 13 iranlı əsgər həyatını itirib, 21-i isə yaralanıb.
İrandakı bəzi informasiya mənbələri həyatını itirən əsgərlərin sayının 20 – 50 arasında olduğu haqda məlumat yayıb.(“Report”)
COMMENTS