NATO baş katibi Stoltenberq NATO-nun Suriyadakı müharibəyə girməyəcəyini bildirib.
Avropa.info xəbər verir ki, NATO Parlament Assambleyasında çıxış edən Stoltenberq belə bir planlarının olmadığını deyib.
Rusiyanın Bəşşar Əsədə dəstək verməsinin böhranın dərinləşməsinə xidmət edəcəyini qeyd edən Stoltenberq Moskvanı qeyri-konstruktivlikdə ittiham edib.
“Rusların Əsədə dəstək verməsi Suriyada münaqişəni daha da uzadacaq.”
COMMENTS