Suriyada döyüşən Azərbaycanlı vəhhabi yaralandı

Suriyanın Əl Rakka şəhərində kürdlərlə döyüşlərdə iştirak edən daha bir azərbaycanlı mücahid yaralanıb.

Avrasiya.net-in əldə etdiyi məlumata görə, ayağından güllə yarası alan azərbaycanlı 22 yaşlı Emin Azəridir.

 

Bu şəxs ötən ilin noyabrında Rusiyanın Noyabrsk şəhərindən 22 yaşlı qardaşı Babək və onun həyat yoldaşı əslən rus olan Kristina (Xədicə) ilə birlikdə Türkiyəyə oradan isə Suriyaya gedib.

 

Onu da qeyd edək ki, Emin Azərinin qardaşı Babək bu yaxınlarda Suriyada Əsəd qüvvələrinə qarşı döyüşlərdə həlak olub. Emin Babəkin həyat yoldaşı ilə birlikdə Suriyada qalıb döyüşü davam etdirməyi qərarlaşdırıblar.

COMMENTS