Surqutda azərbaycanlı taksi sürücüsü həmyerlisi tərəfindən amansızlıqla öldürüldü

Dosye.org APA- ya istinadən xəbə verir ki, Rusiyanın Surqut şəhərində azərbaycanlı vəhşicəsinə öldürülüb.

Vesti.az-ın məlumatına görə, qətlə yetirilən şəxs anası ilə birlikdə adı çəkilən şəhərdə yaşayıb və taksi sürücüsü işləyib. Onun meyiti öz maşının arxa oturacağında uzadılmış vəziyyətdə aşkar olunub. 24 yaşlı azərbaycanlının üzərində çoxlu bıçaq zərbələrinə rast gəlinib. Zərbələrdən biri onun ürəyinə dəyib və ölümünə də məhz bu zərbənin səbəb olduğu deyilir. Qətli törətmiş şəxs saxlanılıb. Əvvəllər məhkumluq həyatı yaşamış bu şəxs də azərbaycanlıdır. Yol polisi şəhər istiqamətində yüksək sürətlə idarə olunan “Fiat” markalı avtomobili saxlamaq istəsə də sükan arxasındakı şəxs onlara məhəl qoymayıb. Bundan şübhələnən polis onun arxasınca düşməyə məcbur olub. Araşdırmalar nəticəsində məlum olub ki, sərxoş şəxs Surquta bir ay öncə gəlib. Onun üzərində qətlə yetirilmiş taksi sürücüsünün qanının izləri aşkarlanıb. Qətldə istifadə olunan bıçaq da avtomobildən tapılıb. Ehtimallara görə, onların arasında əvvəlcə mübahisə başlayıb. İstintaq davam edir.

COMMENTS