Sürücülərin nəzərinə: bu yol bağlanır

Sürücülərin nəzərinə: bu yol bağlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Akademik Milli Dram teatrı ətrafındakı yolları qismən məhdudlaşdıracaq.

Qurumdan Dosye.org-a verilən məlumata görə, Akademik Milli Dram teatrının ətrafında olan yollarda aparılan profilaktik işlər çərçivəsində noyabrın 17-18 tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq: “Belə ki, yolun bağlanması nəzərdə tutulmur”.

“AAYDA sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir”, – deyə məlumatda vurğulanıb.

Dosye.org

COMMENTS