Sürücülük vəsiqəsi imtahanında YENİLİK

Sürücülük vəsiqəsi imtahanında YENİLİK

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yenilikləri açıqlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb:

“Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Meydançada əyani imtahan verən şəxslərin bilik və bacaracaqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək. Meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacaracağını avtomatik yoxlayacaq və qiymət verəcək. Yəni imtahanlar müasir texniki vasitələrin köməyi ilə qəbul olunur. Artıq təcrübə imtahanları şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək. Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosiklla imtahan vermək mümkündür”.

DOSYE.ORG

COMMENTS