Şüşə butulkaların təbiətə vurduğu ziyan

Şüşə butulkaların təbiətə vurduğu ziyan

Çeşidli içki qablarının ekologiyaya ziyanı araşdırılıb.

Tədqiqatı britaniyalı alimlər aparıb.

Araşdırmaçılar hesab edir ki, təbiət üçün ən ziyanlısı plastik yox, şüşə butulkalardır. Belə ki, şüşə qablaşdırma plastikdən 95 % daha çox qlobal istiləşməyə səbəb olur. Onların istehsalı üçün daha çox resurs və enerji sərf olunur, şüşənin hazırlanması prosesində isə xeyli dəm qazı ayrılır.

Təbiətə mənfi təsiri baxımından ikinci yerdə eyni səbəblərə görə təkrar emal edilmiş şüşə butulkalar gəlir. Plastik qablaşdırma isə reytinqdə üçüncü pillədədir. Temperaturun aşağı olması səbəbindən daha az enerji sərf edir, lakin şüşə və alüminiumdan fərqli olaraq plastikin təkrar emalı daha mürəkkəbdir. (Report)

Alüminium qutular təbiətə ən az təsir göstərir, ancaq yenə də çayları çirkləndirir və vəhşi heyvanların sağlamlığına zərər verir. Təkrar emal edilmiş alüminium ekoloji baxımdan ən yaxşı seçimdir. Onun istehsalı 95 % enerjiyə qənaət edir.

DOSYE.ORG

COMMENTS