Şuşa yol polisinin rəisi qəzaya düşdü – VİDEO

Şuşa yol polisinin rəisi qəzaya düşdü – VİDEO

Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili Daxili Nazirliyindən (DİN) Mətbuat xidmətindən DOSYE.ORG-a verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Füzuli RPŞ-də araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

COMMENTS