Şuşada I İslam Dünyası Mədəniyyət Forumu başladı

Şuşada I İslam Dünyası Mədəniyyət Forumu başladı

Bu gün Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər çərçivəsində I İslam Dünyası Mədəniyyət Forumu işə başlayıb.

Teleqraf xəbər verir ki, tədbir “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusuna həsr olunub.

Forumda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərli, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak edir.

Forumda postmünaqişə dövründə mədəni irsin qorunması və bərpası istiqamətində panel müzakirələr keçiriləcək.

COMMENTS