Top.Mail.Ru

Şuşada rəsədxana açılacaq

Şuşada rəsədxana açılacaq

Gələcəkdə Şuşada beynəlxalq şəbəkəyə çıxış imkanı olan robot teleskopu quraşdırılacaq”.

Bunu  eksklüziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, astrofizika və ulduz astronomiyası üzrə doktorant Səbahəddin Alışov deyib.

O bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra Milli Elmlər Akademiyası qarşısında məsələ qaldırılıb: “Robot teleskopunun nə vaxt quraşdırılması barədə dəqiq məlumat yoxdur. Ancaq ideya var, yaxın zamanlarda bu məsələnin həllinə çalışılacaq. Hazırda Şamaxı Astrofizika Rəsədxanasında müşahidələr əsas cihaz – 2 metrlik teleskop vasitəsiylə aparılır.

İki metr dedikdə, cihazın optik güzgüsü nəzərdə tutulur. Teleskopun borusunun hündürlüyü isə 9 metr təşkil edir. Bu teleskop çox bahadır. Xərclərin çox olduğu cari vaxtda Qarabağda buna bənzər teleskop quraşdırmaq böyük maliyyə vəsaiti tələb edir. Bu gün 2 metrlik teleskop quraşdırmaq üçün 20-25 milyon dollar tələb olunur.

Şamaxı rəsədxanasında yenidənqurmadan sonra açılışda Prezident söz vermişdi ki, Pirquluda 6 və ya 8 metrlik teleskop tikiləcək. Devalvasiya və neftin qiymətinin düşməsi bu məsələni bir az ləngidib. Amma məsələ aktuallığın hələ də saxlayır ki, 6 metrlik teleskop tikilsin. Maliyyə yardımını büdcə təşkilatı olan Milli Elmlər Akademiyası ayırır”.

Səbahəddin Alışov deyir ki, Şuşanın atmosferi Pirqulunun havası kimi idealdır: “Əvvəllər Şuşa Bakıdan uzaq idi, seçilən yerlərə yol problemi var idi. Artıq müasir dövrdür, o yolları açırlar. Düşünürəm ki, yeni yol çəkiləndən sonra Şuşada yeni teleskopu quraşdırılsa, daha yaxşı olar.

Astroiqlim deyilən bir anlayış var. Yəni, rütubətin az olması, yüksəklikdə olması, ətrafdan işıqlanmanın az olması və təmiz keçən gecələrin sayının çox olması kimi amillər müşahidələrin səmərəli keçməsinə təsir edir. Şuşa da Şamaxı kimi bu şətlərlə uyğundur ”.

COMMENTS