“Şuşadakı evimdə ermənilər yaşayıb“ – Əməkdar artist

“Şuşadakı evimdə ermənilər yaşayıb“ – Əməkdar artist

“Gəlinimin anası deyir ki, Şuşaya bayrağımızı sancan əsgərə brilyant üzüyümü bağışlayacam. İndi biləcəyik, həmin əsgər kimdir, aparıb barmağına taxacayıq”.

Bu sözləri Şuşada anadan olmuş Əməkdar artist Zöhrə Abdullayeva Xəzər telekanalında yayımlanan “Ay Zaur” verilişində qonaq olarlən deyib.

Sənətçi birdəfəlik Şuşaya köçəcəyini açıqlayıb:

“Təməlli köçəcəyəm Şuşaya. Kim səsimi eşitmək, məni görmək istəsə, Şuşaya gəlsin. Orada Mədəniyyət Evində konsert verəcəm. Orada yaşayacam. Evim məsciddən aşağıdadır. Deyirlər, evim qalır. Çünki içində erməni yaşayırmış. İndi bilmirəm, çıxanda dağıdar, ya yox”.

DOSYE.ORG

COMMENTS