Svanadze: “Çempionatı layiqli başa vurmağa çalışacağıq”

Svanadze: “Çempionatı layiqli başa vurmağa çalışacağıq”

Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 33-cü turunda “Rəvan”a 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bildirib.

Qol.az-ın klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, o, bu gün yaxşı oynadıqlarını deyib:

“Oyun demək olar, “İnter”in üstünlüyü şəraitində keçdi. Xüsusilə də gənc futbolçular məni sevindirdilər. Onlar bu gün də özlərini yaxşı tərəfdən göstərdilər.

Bundan sonra qarşıdakı oyunlara hazırlaşmağa başlayacağıq. Çempionatı layiqli başa vurmağa çalışacağıq”.

COMMENTS