TƏBİB-ə yeni mətbuat katibi təyin edildi

TƏBİB-ə yeni mətbuat katibi təyin edildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunub. Bu barədə qurumdan məlumat verilib.

Bununla bağlı TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub. O, 14 fevral tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Z.Ədilova 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

DOSYE.ORG

COMMENTS