Top.Mail.Ru

TƏBİB sədri həyacan təbili çaldı – Payız aylarında…

TƏBİB sədri həyacan təbili çaldı – Payız aylarında…

Koronavirusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola bilər.

Dosye.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bütün dünya ölkələrinə payız aylarına hazırlıqla bağlı tövsiyələr verir:

“Dünya ölkələri bu hazırlıq işlərini görürülər. Çünki xəstəliyin gedişatını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə hansısa formada mutasiyaya uğrama ehtimalı, bu virusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola və səhiyyə müəssisələrinin üzərinə düşən yükü artıra bilər”

R.Bayramlı qeyd edib ki, hazırda İtaliya və Çindən gələn nümyəndələrlə birlikdə gələcək planlar üzrərində iş aparılır./Trend

DOSYE.ORG

COMMENTS