Təbrizdən qələbə xəbərləri

Hər iki klubumuz rəqibi darmadağın etdi

Tehranın Qüds stadionunda bu şəhərin “RahAhən” komandası ilə Təbrizin “Traxtur” komandası arasında keçirilən müsabiqə bu dəqiqələrdə “Traxtur”un kəskin qələbəsi ilə sona çatıb. İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 23-cü həftəsində keçirilən oyunda “Traxtur” tərəfindən vurulan 3 qola, qarşı komanda heç bir qarşılıq verə bilməyib. Fərid Behzadi Kərimi 43, Mehdi Kiyani 85 və Edinyo 87-ci (penalti) dəqiqələrdə qol vuraraq “Traxtur”un kəskin qələbəsini təmin etdilər. Bununla da “Traxtur-RahAhən” oyunu 3 – 0 hesabı ilə sona çatıb. Bu nəticədən sonra “Traxtur” 44 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. GünAz.TV-nin məlumatına görə, Təbrizdə də azərbaycanlıları sevindirən növbəti nəticə qeyd alınıb. Təbrizin “Qostəreşe Fulad” komandası ilə Xuzistanın “Fulad” komandası qarşılaşıb. Bu qarşılaşma da Təbriz komandasının qələbəsi ilə yekunlaşıb. Cabir Ənsari 9 və 69 və Batistan 37-ci dəqiqədə “Qostəreşe fulad”ın vurduğu qollara “Fulad”ın oyunçusu Məhəmməd Qazi 72-ci dəqiqədə yalnız bir qolla cavab verə bilib. Bununla da oyun 3 – 1 hesabı ilə “Qostəreşe fulad”ın xeyirinə yekunlaşıb. Təbriz klublarının böyük uğuru böyük coşquya səbəb olub.

COMMENTS