Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənablarına,
surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya,
surəti: “Dosye.org” saytının rəhbərliyinə
Möhtərəm Cənab Prezident,
Nəzərinizə çatdırıram ki, Sizin inklüziv təhsillə bağlı imzaladığınız Sərəncamlarınızın Sumqayıt şəhərində həyata keçirilməsinə Təhsil Nazirliyi imkan vermir.
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə bağlı inklüziv təhsilə dair Tərəfinizdən imzalanmış çoxsaylı Sərəncamlar əsasında hər il təhsilin inkişafı üzrə Dövlət Proqramları hazırlanmışdır.
“Heydər Əliyev Fondu” tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili istiqamətindən məqsədyönlü işlər görülür.
2018-2024-cü illərdə sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə 14 dekabr 2017-ci il tarixli də yeni Sərəncamınıza da məhəl qoymur.
Təhsil nazirliyi Sumqayıt şəhərinin 4 və 11 №-li orta məktəblərində inklüziv təhsilin tətbiqini dayandıraraq, onlarla sağlamlıq imkanları məhdud uşaq dövlət qayğısından məhrum edib. İnklüziv sinif müəllimlərinin bir qismi işlərindən azad edilmiş, ali təhsilli müəllimlərin bir qismi xadimə, bir qismi isə ən aşağı saatla müəllim keçirildiyindən sağlamlıq imkanları məhdud uşaqları nəzarətsiz qoyub.
İnklüziv təhsil üzrə tərbiyəçi müəllim köməkçisi kimi çalışan yeganə işçi özüməm.Məni də işdən çıxarmaq üçün təzyiq edirlər. Başqa işə keçməyimlə bağlı ərizə yazmayacağım təqdirdə işdən azad ediləcəyim barədəhədə-qorxu gəlirlər. 2017-ci ilin 25 avqust tarixindən indiyədək əmək haqlarımı da ödəmirlər. Sumqayıt Şəhər Təhsil Şöbəsindən bildirirlər ki, “bu iş bizlik deyi, bu göstəriş bizə təhsil nazirliyindən verilib sən işdən azad olmalısan !”
Artıq təziyqlərə tab gətirə bilmədiyim üçün 18.12.2017-ci il tarixindən 13 gün müddətinə öz hesabıma məzuniyyət götürməyə məcbur olmuşam. 4 aydır ki, maaş almıram.
Bütün bunlar barədə 2 il ərzində təhsil nazirliyinə dəfələrlə etdiyim müraciətlər bu günədək cavablandırılmayıb. Çünki bu problemi yaradanməhz təhsil nazirliyinin özüdür.
Himayəmdə 18 yaşına çatmayan sağlamlıq imkanları məhdud övladımı təkbaşına böyüdən anayam. Mən övladımı hansı pulla saxlamalıyam ?
Sizin Sərəncamlarına qarşı çıxıb, Sumqayıt şəhərinin 4 və 11 №li məktəblərində inklüziv təhsil alan sağlamlıq imkanları məhdud uşaqları nəzarətsiz qoyub, onları Dövlət qayğısından məhrum etməyə cəsarət edənlərin məqsədlərini anlaya bilmirəm ?!
İnklüziv təhsilin inkişafı üçünCənab Prezident Sərəncam imzalayır, Təhsil Nazirliyinin bəziözbaşına məmurlarıisə “Sumqayıtda inklüziv layihə bağlanıb !kimi fikirləri irəli sürüb özünü cəmiiyətə güldürür.Mən Göydə Allahın hökmlərinə, Yerdə İlham Əliyev Cənablarının Sərəncamlarına əmrlərinə tabeyəm. Prezidentin Sərəncamına əsaslanıb inklüziv layihənin bağlanmadığını bir daha bildirirəm.Təhsil nazirliyi kimə və nəyə istinad edib layihənin bağlandığını əsaslandırsın.
Sizdən xahiş edirəm inklüziv təhsillə bağlı imazladığınız Sərəncamların Sumqayıt şəhərində icra olunması,bu özbaşınalıqlara son qoyaraq 4 aylıq əmək haqlarımın ödənilməsi və mənə qarşı olunan təzyiqlərə son qoyulması üçün təhsil nazirliyinəgöstəriş verəsiniz.
Öncədən Sizə minnətdarlığımı bildirirəm.
Sumqayıt şəhər 11 №li tam
orta məktəbin inklüziv təhsil üzrə
müəllim köməkçisi Mirzəyeva Aybəniz Qurban qızı
20 dekabr 2017-ci il
COMMENTS