Təhsil Nazirliyinin əməkdaşı erməni kürəkənidir?

Təhsil Nazirliyi Daxili nəzarət idarəsinin qərb bolgəsi üzrə kordinatoru təyin olunmuş Ceyhun Mirzəyevin fəaliyyəti narazılıqlarla müşaət olunur.

 

Təhsil Nazirliyi Daxili nəzarət idarəsinin rəisi Kənan Quluyevin himayə etdiyi bu şəxsi Qadın problemleri Dövlət Komitəsinin sədri Hicran Hüseynova işə duzəltdiyinə görə peşman olub. Keçmişi qaranlıq təzad yaradan Ceyhun Mirzəyev atası Sofu Mirzəyevlə birlikdə futbol sport lotu satışı ilə məşğul olduğu deyilir. Gəncə şəhərində qəzet köşkü işlədən Sofu kişinin oğlu Ceyhun Mirzəyevin qərb bölgəsi üzrə kordinator işləməsi hazırda narazılıqlarla müşayət olunur. Bu haqda azerinewstv-yə çoc ciddi məlumatlar daxil olub. Daxil olan məlumatlarda bildirilir ki, fəaliyyət dairəsi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də narazılığına səbəb olan Ceyhun Mirzəyevin bir neçə dəfə ailə qurduğu bildirilir. Axrıncı həyat yoldaşının milliyətcə erməni olduğu söylənilir. Belə bir şəxsin hazırda Gəncə şəhərində məktəb direktorlarından izahat tələb edib,direktorları hədələyərək şəxsi məqsədlərini onlara diqtə etdirməsi təhsilimizin qaranlıq gələcəyində xəbər verir. Qumarbaz, ailə reputasiyası doğuran Ceyhun Mirzəyev Gəncə şəhərində yerləşən 3,10,11,31 nömrəli məktəblərdə direktor vəzifələrini müvəqqəti icra edir, testdən kənar qəbul olunmuş şəxslərdən rüşvət alaraq müəllim kimi işə götürür. Bütün bu qanuna zidd hərəkətlərdən əldə etdiyi pul ona azlıq edirmiş kimi axırıncı həyat yoldaşını saxta arayış əsasında ingilis dili təmayüllü məktəbə işə götürdüb. Keçmişdə maşın alqı-satqısı ilə məşğul olan bu şəxs Gəncədə təhsil sistemini alver predmentinə çevirib. Hazırda Gəncə təhsilində hamı ondan qorxur deyən mənbə bildirir ki, adına məktəblərdə dərs saatı yazdırıb dərsləri isə keçməyən bu şəxsin məvacib aldığı tədris ocaqlarından biri də Gəncə Futbol kollecidir. Bütün qohumlarını məktəblərə yerləşdirən Ceyhun Mirzəyev xalasının adına olan məvacibi də özü alır. Gəncədə isə pedaqoji kollektivi bir fikr düşündürür –“budurmu təhsil, budur Mikayıl Cabbarovun kadr islahatları”. Bəs Mikayıl Cabbarova maraqlı deyil ki, Ceyhun Mirzəyev kordinator işlədiyi halda 4 orta məktəbdə müvəqqəti direktor vəzifələrini necə icra edir. Futbol kolleci və digər məktəblərdə dərsləri tədris etməyə vaxtı haradan tapır ?!
Təhsili ailə podratına çevirən Ceyhun Mirzəyevin qanunsuz hərəkətlərinə nə səbəbdən dur deyilmir. Əgər xatırlayırsınızsa Bakı şəhər Təhsil idarəsinin işçiləri bir az əvvəl ayağa qalxması Mikayıl Cabbarovun məhkəməyə verilməsini gündəmə gətirmədimi?!Gəncə Dövlət Universitetinin müəllimləri Azərbaycan Respublikası prezidentinə müraciət belə ünvanladılar. Lənkəran Humanitar kollecində Mikayıl Cabbarovun dövrünə təsadüf edən 69 nəfər testdən kənar tələbə qəbulunun aşkarlanması faktı təhsilin hələdə bərbad vəziyyətdə olduğunu sübut elədi. Çünki təhsil qədər ciddi qruma hələ də Ceyhun Mirzəyev kimi kadrların işə gətirilmə sayı çoxaldıqca biz çox biabırçılıqlara şahid olacağıq.

 

AzeriNews.tv

COMMENTS