Top.Mail.Ru

Təhsil şöbəsinin müdiri vətən müharibəsində nə qazandı?

Təhsil şöbəsinin müdiri vətən müharibəsində nə qazandı?

Təhsil şöbəsinin müdiri orduya dəstək adı ilə pul yığaraq aradan çıxmışdır.
Bu barədə dosye.org-ın elektron ünvanına daxil olan məlumatda bildirilir. Belə ki, Lerik RTŞ müdiri Zöhrab Salayev 44 gün müharibə ərzində müəllimlərdən toplanan pulu mənimsəmişdir. Rayondan verilən məlumatda daha sonra bildirilir ki, təhsil şefini bu günə kimi nə şöbədə, nə də ki, rayonda görən olmamışdır. Etiraf edək ki, müharibə gedən ərəfədə bütün təşkilatlat və müəssisələr toplanaraq orduya dəstək nümayiş etdirdiyi hər kəsə məlumdur. Lakin bəzi məmurlar ələ düşən fürsətdən istifadə edərək, şəxsi maraqlarını artırmağa çalışır. Bütün bunlar vətənə xəyanət və ölkə başçısı cənab İlham Əliyevə qarşı böyük təxribatdır. Məsələ ilə bağlı Lerik RTŞ ilə əlaqə saxlamağa çalışdıq. Əfsuslar olsun ki, telefon zənglərimiz cavabsız qaldı…
DOSYE.ORG

COMMENTS