Top.Mail.Ru

Tələbə adı qazanan jurnalist övladları – FOTOLAR


Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731  nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799  (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunması üçün sabah çapa veriləcək. Abituriyentlər jurnalları sentyabrın 25-dən etibarən əldə edə biləcəklər.
Pandemiya dönəminə təsadüf edən builki qəbul zamanı tələbə adını qazanan gənclər arasında jurnalist övladları da var:
APA TV-nin rəhbəri Cavid İsmayılın oğlu Ərtoğrul bu il tələbə adı qazanan abituriyentlər sırasındadır. Ərtoğrul Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olub.
APA TV-nin əməkdaşı, əməkdar jurnalist Sevinc Vaqifqızının övladı Xədicə İqtisad Universitetinin mühasibat uçotu fakültəsinə daxil olub.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Hüseynovun qızı Leyla Hüseynova da xaricdə təhsil alacaq. Leyla Hüseynova həm Azərbaycanda, həm də Türkiyədə universitetə daxil olub. Azərbaycan Dillər Universitetinin ingilis dilini də qazanan L.Hüseynova, Ankara Universiteti Siyasal bilimlər/Uluslararası İlişkilər fakültəsini seçərək Türkiyədə təhsil almaq qərarını verib.
Musavat.com-da “Canlı debat” verilişinin aparıcısı olan Sevinc Telmanqızı və jurnalist Zamin Hacının qızı Selcan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Selcan valideynlərinin peşəsini davam etdirmək qərarını verib.
Xəzər TV-nin aparıcısı Günay Novruzqızının övladı UNEC-in marketinq fakültəsinə daxil olub.
“Şərq”  qəzetinin redaktoru Yusif Nəzərlinin övladı Türfə Nəzərli də ali təhsilini UNEC-də alacaq.
CBC televiziyasının aparıcısı Əsli Nəzərovanın oğlunun tələbə adını qazandığı ünvan ADNSU olub.
Musavat.com saytının baş redaktoru Xalid Kazımlının oğlu Nihad Kazımlı Xəzər Univeristetinin Psixologiya fakültəsinə daxil olub.
Moderator.az İnformasiya Agentliyinin baş redaktoru Zülfüqar Hüseynzadənin oğlu Hüseyn Hüseynzadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub.
Lent.az saytının redaktoru Səbinə Əvəzqızının övladı Cavidan Məmmədli də bu il tələbə adını qazananlar sırasındadır. Cavidan ali təhsil almaq üçün UNEC-i seçib.
Modern.az saytının baş redaktoru Əfqan Qafarlının qızı Nurcan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına qəbul olub.
APA İnformasiya Agentliyinin redaktoru Qalib İbrahimoğlunun qızı Qənirə Məmmədli Türkiyənin Süleyman Dəmirəl Universitetinin fizioterapiya fakültəsinə qəbul olub.
“Azərtac”ın Ukrayna müxbiri Emil Hüseynlinin oğlu Fazil Hüseynli Gülhanə Universitetinin Tibb fakültəsində daxil olaraq, tələbə adı qazanıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiinin mətbuat katibi Fizuli İsmayılovun oğlu Toğrul İsmayılov Azərbaycan Dillər Universitetinə daxil olub.
Tanınan yazıçı və keçmiş jurnalist Varis Yolçuyevin oğlu Cavad Yolçuyev UNEC-in İqtisadiyyat fakültəsinə daxil olub.
Real TV-nin aparıcısı İlqar Mikayıloğlunun övladı Cahandar Azərbaycan Texniki Universitetinə qəbul olub.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Hüseynov və APA TV-nin rəhbəri Cavid İsmayılın övladlarının hər ikisi Ankara universitetinə daxil olub. Sevinc Telmanqızı və jurnalist Zamin Hacının qızı Selcanın Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olması ilə birlikdə ailədə olan jurnalistlərin sayı artıb. Ümumi siyahıya baxdıqda, jurnalist övladlarının əsasən İqtisad universitetinə üz tutduğuna şahid olduq.

COMMENTS