Tənzilə Rüstəmxanlı Əjdər Tağızadəni məhkəməyə verir

Dosye.org Vətəninfo.az-a istinadən xəbər verir ki, Əjdər Tağızadə Xural.com-a verdiyi müsahibəsində Sabir Rüstəmxalı və Azər Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə bağlı müxtəlif iddalar səsləndirib. Əjdər Tağızadə qeyd edib ki, “Bu da heç kəsə gizli deyil ki, İran rejimi bütün dünyada terroristlərə dəstək verir.

Biz İran rejiminə qarşı çıxaraq, həyatımızı təhlükəyə atıb bu tədbirləri keçirmişik. Əgər bu gün Sabir Rüstəmxanlının arvadı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı iddia edirsə ki, Nazim İbrahimov DAK-ı dağıdır, demək onun da bu məsələdə öz maraqları var.

Çünki Nazim İbrahimov hər zaman dövlətin dəstəyilə DAK-a maliyyə dəstəyi verib. Bunu təsdiq edən bütün sənədlər var. Mən yalan olmasın, 2 ildir Nazim İbrahimovu görmürəm. O, bir məmurdur, ortada iş olandan-olana görüşmüşük. Nazim İbrahimov hər zaman dəstək olduğu bir təşkilatı niyə dağıtmağa çalışsın ki?.. Axı qərarı o vermir…”.

Bundan başqa o Azər Türk Qadınlar Birliyinin sədri Tənzilə rüstəmxanlı ilə bağlı ikinci bir iddiası ondan ibarətdir ki, “tədbirlərin keçirilməsi üçün Tənzilə də Azəri-Türk Qadınlar Birliyi adından başqa yerlərdən də pul alır”. Əjdər Tağızadənin bu iddaları ilə bağlı müxbirimizlə danışan Tənzilə Rüstəmxanlı bildirib ki. Əjdər Tağızadə Azərbaycan vətəndaşı olmasa da onu məhkəməyə verəcək və haqqında səsləndirdiyi iddiaları sübut etməsini tələb edəcək.

“Əgər o məhkəmdə bu dediklərini təsdiq eləməsə ən şərəfsiz, alçağın, namussuzun biridi, müftəridir, qələmundur. Mən bu günə qədər Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində necə mübarizə aparmışamsa bundan sonra da bu mübarizəmi aparacağam.

Əjər Tağızadələr kimdir ki, biz onun dedikləri ilə əlimizi işlərdən soyudaq. Nə qədər ki, Azərbaycan davası, türkün davası, bütöv Azərbaycan davası var, Əjdər Tağızadə kimi sapı özümüzdən olan satılmışlar da olacaqlar”. Tənzilə Rüstəmxanlı Əjdər Tağızadənin onu DAK-ın işlərinə müdaxilə etməkdə ittiham etməsinə gəlincə isə bildirib ki, həyat yoldaşı Sabir Rüstəmxanlı ilə birlikdə DAK-nin daha da güclənməsi istiqamətində bundan sonrada çalışacaq.

“Bu günə qədər bəyəm mən DAK-dan ayrı idim ki, bundan sonra da DAK-ın içərisindən kənara çıxım? Mən hər zaman DAK-da olmuşam. Bunların niyyəti də odur ki, Dünya Azərbaycanlılarını məhz belə bölərək pərən-pərən salıb fars-molla rejiminə öz xidmətlərini göstərmiş olsunlar. Bayaq qeyd etdiyim kimi, Əjər Tağızadə vermiş olduğu müsahibədə haqqımda səsləndirdiyi bütün iddaları sübut etməlidir”.

Qeyd edək ki, Əjdər Tağızadə bir neçə il əvvəl DAK parçalanan zaman məhz Sabir Rüstəmxanlının yanında yer alaraq, onu müdafiə edənlərdən idi. Maraqlısı budur ki, Əjədr Tağızadə necə və hansı şəkildə birdən-birə 90 dərəcə mövqeini dəyişərək Sabir Rüstəmxanlıya qarşı cəbhə almaqdadır.

COMMENTS