Tərtərdə qadını ilan sancıb

Tərtər rayonunda ilan sancma hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayonun Əksipara kəndi ərazisində müvvəqəti məskunlaşan Laçın rayon sakini 46 yaşlı Günəş Məmmədovanı ilan sancıb.

Qadın ətrafdakıların köməkliyi ilə Tərtər rayon Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralıya zəhər əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti qənaətbəxşdir.

COMMENTS