Top.Mail.Ru

Təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı – Azərbaycanda

Təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı – Azərbaycanda

Qax rayonunun Almalı kəndində intihar hadisəsi olub. Kənd sakini Nofəl Məzahir oğlu Yusifov bu gün özünü yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından asaraq intihar edib.

Dosye.org xəbər verir ki, mərhumun meyitini anası aşkar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb. Qeyd edək ki, N.Yusifov 3 il öncə, toyuna bir neçə gün qalmış sirkə turşusu içərək intihara cəhd etmişidi. Həmin vaxt anasının müdaxiləsi ilə intaharın qarşısı alınmışdı.

Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Mərhum ailəli idi, bir övladı qalır./Sputnik.az

DOSYE.ORG

COMMENTS