Təbriz klubu əzmkar qələbə qazandı

Təbriz klubu əzmkar qələbə qazandı

Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Havadar”la qarşılaşıb. Ertoğrul Sağlamın rəhbərlik etdiyi komanda hesabda 2 dəfə geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanmağı bacarıb – 3:2.

“Traktor” 26 turdan sonra 24 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

COMMENTS